"Səkkiz"in kinoteartda nümayişi dayandırıldı

12:53 17.01.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Aktyor Hikmət Rəhimovun quruluşçu rejissoru və baş rol ifaçısı olduğu "Səkkiz" serialının "Park Cinema"da yayımı dayandırılıb. 

Hafta.az xəbər verir ki, bununla bağlı kinoteatrın sosial şəbəkə hesabında məlumat paylaşılıb. Bildirilib ki, ekran işinin növbəti bölümləri bundan sonra kinoteatrda yayımlanmayacaq.

Qeyd edək ki, "Səkkiz” serialı psixoloji triller janrında çəkilib və 12 seriyadan ibarətdir.